10:58 - 23.02.2022
23 fevral, Fineko/abc.az. Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.
TƏBİB-dən ABC.AZ-a bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.
Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.
Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.
Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024