Rusiya bazarını daha bir şirkət tərk edir

15:39 - 3.03.2022


3 mart, Fineko/abc.az. Dünyanın ən məşhur oyuncaqlarından biri olan "Lego" Rusiyadakı 81 mağazaya məhsullarının göndərilməsini dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkət məlumat verib.

Şirkətin məlumatında sanksiyalar və gözlənilməz vəziyyət fonunda Rusiyaya bütün məhsulların tədarükünün dayandırdığı qeyd edilib.

Bundan başqa şirkət “Ukrayna xalqına dəstək olmaq üçün” 16,5 milyon dollardan çox ianə edib.

Bütün xəbərlər