330x110
 

Təhsil Nazirliyi müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsini keçirəcək

03.05.2018,11:36


3 may, Fineko/abc.az. May ayında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyinin məlumatında deyilir ki, qiymətləndirmədə, əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər,gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar,yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilərlər.

Diaqnostik qiymətləndirmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də iştirak edə bilərlər.

 

 

Açar sözlər: Təhsil