Bu brendlər də Moskvadan çıxır - Siyahı

10:15 - 4.03.2022


4 mart, Fineko/abc.az. Geyim üzrə bir çox dünya brendinin mağazaları Rusiyanın paytaxtı Moskva şəhərinin ticarət mərkəzlərində fəaliyyətini dondurub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Sözügedən mağazalar “Hennes & Mauritz” (H&M), “Incanto”, “Henderson” və “Lacoste”dir.

Bildirilir ki, həmin mağazalar Moskvada satışları dayandıracaqlarını elan etməsələr də, mağazalarını bağlayıblar.

Bununla yanaşı, İsveçin mebel və ev əşyaları istehsal edən məşhur IKEA şirkəti də Rusiya və Belarusda öz işini dayandırdığını bildirib.

Qeyd olunub ki, buna səbəb Ukraynadakı vəziyyətdir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər