Rusiya istehsalı avtomobillərin qiyməti bahalaşacaq

11:31 - 4.03.2022


4 mart, Fineko/abc.az. Rusiya və Ukrayna arasında gedən müharibə avtomobil bazarına da təsirsiz ötüşməyəcək.

ABC.AZ xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bunu AvtoVAZ şirkətinin istehsal etdiyi avtomobillərin qiymətini 15% artırması ilə əlaqələndirib.

"Şirkət bununla kifayətlənməyərək avtomobillərin 30%-ə qədər bahalaşacağının anonsunu verdi. Azərbaycana satdıqları avtomobillərin böyük əksəriyyəti AvtoVAZ şirkətinin istehsal etdiyi avtomobillərdir. Bu baxımdan zavodun istehsal etdiyi avtomobillərin ölkəmizdə bahalaşacağı istisna edilmir. Müharibədən sonra qiymətin sabitləşməsi baş verə bilər", - deyə E. Muradlı deyib.

Bütün xəbərlər