“Chanel” ukraynalı qaçqınlara 2 milyon avro yardım edəcək

17:03 - 4.03.2022


4 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar başlayandan bir sıra ölkələr, o cümlədən şirkətlər Ukraynaya dəstəyini ifadə edən addımlar atır.

ABC.AZ xəbər verir ki, bu sırada “Chanel” şirkəti də var.

Belə ki, şirkət rəsmi bəyanat yayaraq ukraynalı qaçqınlara kömək edəcəyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, şirkət BMT təşkilatlarına 2 milyon avro (3 726 349 AZN) ianə edib, həmçinin orta və uzunmüddətli perspektivdə zərərçəkmiş qadınlara və uşaqlara dəstək göstərəcək yerli təşkilatlarla əməkdaşlıq etmək istədiyini bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər