Məşhur pivə istehsalçısı Rusiyadakı investisiya layihələrini dayandırdı

12:18 - 5.03.2022


5 mart, Fineko/abc.az. Hollandiyanın Heineken konserni Rusiyaya pivə ixracını və ölkədə investisiya layihələrini dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Heineken konserni yeni investisiya layihələrinin, habelə Rusiyaya pivə ixracının dayandırıldığını elan edir”, - məlumatda deyilir.

Eyni zamanda, konsern vurğulayıb ki, Rusiyanın bütün zavodları, şirkətin əməliyyat və kommersiya bölmələri adi qaydada işləməyə davam edir ki, bu da istehsalın yüksək səviyyədə lokallaşdırılması, xammal və materialların daxili bazardan alınması ilə əlaqədardır.

Bütün xəbərlər