Bu Dövlət Komitəsi büdcəyə 820,84 mln. manat vəsait köçürüb

17:18 - 9.03.2022


9 mart, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin bu ilin yanvar-fevral ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,28% yerinə yetirib.

ABC.AZ xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, ilkin məlumata görə 820,84 mln. manat vəsait dövlət büdcəsinə köçürülüb, bu da nəzərdə tutulan proqnozdan 170,84 mln. manat çoxdur.

Bütün xəbərlər