Rusiyada mal-məhsul qıtlığı yaranır – Ekspert

11:43 - 10.03.2022


10 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ekspert Natiq Cəfərli Rusiyadakı situasiyanı şərh edib.

ABC.AZ-ın məlumatına görə, sanksiyalar, iş yerlərinin bağlanması ilə yanaşı ekspert Rusiya Mərkəzi Bankının ölkədə dollar satışını sentyabr ayına qədər qadağan eləməsinə də toxunub.

O qeyd edib ki, bu “qara bazarın” yaranmasına səbəb olacaq: "SSRİ kimi monsrt belə valyuta əməliyyatlarının “qara bazarına” mane ola bilməmişdi, korrupsiyada boğulan Rusiya isə bunu heç edə bilməz. Digər tərəfdən Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır, bu isə yenə SSRİ dövründə olan kimi “alverçilərin”, piştaxta altından satışların yaranmasına səbəb olacaq, bir müddət sonra isə Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər. Yəni, Putin və ona inanan milyonlarla rusiyanın arzusu yerinə yetir – SSRi-ni ayrıca bir ölkədə, Rusiyada tam bərpa edirlər…”

Bütün xəbərlər