10.03.2022,15:09
10 mart, Fineko/abc.az. “Bu gün Xəzər dənizini çirkləndirən 128 mənbə var. Bu mənbələr Samur çayından Astaraya qədər olan ərazilərdə yerləşir”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
“Biz Xəzər dənizi hövzəsinin ekoloji vəziyyətini qorumaq üçün bütün dövlət qurumları ilə birlikdə işləyirik, monitorinqlər keçiririk. Hazırda bizim Əlif Hacıyev adına xüsusi elmi-tədqiqat gəmimiz var və mütəmadi olaraq monitorinqlər aparır. Bu il 3 dəfə belə monitorinq aparılıb. Samur çayından Astaraya qədər yerləşən sənaye müəssisələrinin, həmçinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərinin dənizin çirkləndirilməsində rolu böyükdür. Biz maarifləndirici tədbirlər görürük, bunun böyük təsiri var və davam etməlidir”, - o deyib.
Dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib.
22.06.2022,14:51
29 İyun 2022 | 10:02
29 İyun 2022 | 09:40
29 İyun 2022 | 09:10
28 İyun 2022 | 17:31
28 İyun 2022 | 17:20
28 İyun 2022 | 17:11
28 İyun 2022 | 16:54
28 İyun 2022 | 16:35
28 İyun 2022 | 16:34
28 İyun 2022 | 16:26
28 İyun 2022 | 16:20
28 İyun 2022 | 16:09
28 İyun 2022 | 16:02
28 İyun 2022 | 09:31
28 İyun 2022 | 10:48
28 İyun 2022 | 10:36
28 İyun 2022 | 10:12
28 İyun 2022 | 10:01
28 İyun 2022 | 09:58
28 İyun 2022 | 10:24
28 İyun 2022 | 11:06
28 İyun 2022 | 11:18