"Veysəloğlu"na məxsus marketlərdə məhsulların qiyməti niyə bahalaşıb?

15:35 - 10.03.2022


10 mart, Fineko/abc.az. Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il fevral ayının qiymət indeksini açıqlayıb.

ABC.AZ xəbər verir ki, “Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin fevral ayı üzrə müştərilərin ən çox aldığı məhsulların qiymətində keçən ilin fevral ayına nisbətən 12,6% artım müşahidə edilib.

Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin fevral ayına nisbətən 12,8% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 13,5% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 10,0% artım izlənilib.

Bütün xəbərlər