11:07 - 11.03.2022
11 mart, Fineko/abc.az. Tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin ümumi həcmi 989,3 mln. manat təşkil edib.
ABC.AZ APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Qeyd edilib ki, 2021-ci il ərzində İcbari tibbi sığortanın tətbiqi çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 55 min tibb işçisi (16,5 min həkim və 38,5 min orta tibb heyəti) fəaliyyət göstərib.
Bu müddət ərzində 4053,6 min vətəndaş tibbi xidmətlərdən faydalanıb. 2021-ci il üçün İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin ümumi həcmi 989,3 mln. manat təşkil edib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024