Rusiya 200-dən çox məhsul ixracını dayandırdı - Siyahı

15:58 - 11.03.2022


11 mart, Fineko/abc.az. Rusiya bu ilin sonuna kimi 200-dən çox məhsulun ixracını dayandıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir.

Sözügedən siyahıya bunlar daxildir: Texnoloji, telekommunikasiya, tibbi avadanlıq, nəqliyyat vasitələri, kənd təsərrüfatı maşınları, elektrik avadanlıqları – 200 adda, o cümlədən dəmir yolu vaqonları və lokomotivlər, konteynerlər, turbinlər, hörgü və metal emalı maşınları, proyektorlar, panellər və lövhələr.

Qeyd olunan siyahıya buğda, çovdar, arpa və qarğıdalı da daxildir. Açıqlamaya görə, bu tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün lazımdır.

Bütün xəbərlər