İctimai iaşə və xidmət sektorunda qiymət artımı olacaq?

16:05 - 11.03.2022


11 mart, Fineko/abc.az. Azərbaycanda karantin qaydalarının yumşaldılması, bəzi qadağaların aradan götürülməsi ictimai iaşə və xidmət sektorunda qiymət artımlarına səbəb olmayacaq.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, yumşalmalar əsasən ictimai iaşə və eləcə də xidmət sektorunda fəallığın artmasına gətirib çıxaracaq və eyni zamanda bu sahədə dövriyyənin çoxalmasına səbəb olacaq.

“Bu yumşalmalar eyni zamanda turizm sektoruna müsbət təsir göstərəcək. Bu baxımdan gözlənilir ki, yumşalmalardan sonra daxili turizmdə artımlar olacaq. Lakin yumşalmalar ictimai iaşə və eləcə də xidmət sektorunda qiymətlərə elə də ciddi təsir göstərmir, çünki bu gün qiymətlərə xarici bazarlardakı qiymət artımları təsir edir”, - deyə deputat bildirib.

Bütün xəbərlər