Bundan sonra ümumvətəndaş pasportları belə veriləcək - Yeni qaydalar

17:11 - 11.03.2022


11 mart, Fineko/abc.az. Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportunun verilməsi qaydası dəyişib.

ABC.AZ-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Pasportlar haqqında” Azərbaycan Qanununun tətbiqi barədə Əsasnamə” edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, bundan sonra Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış da tələb olunacaq.

Bundan əlavə, indiyə qədər olduğu kimi həm də ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket, dövlət rüsumunun ödənilməsi barədə sənəd, pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə - valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd də tələb olunacaq.

Bütün xəbərlər