Manat çox sabitdir, ona hansısa təzyiq gözləmirik – Dünya Bankının nümayəndəsinin müsahibəsi

14.03.2022,14:07


Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl ABC.AZ-a müsahibə verib.

Bank nümayəndəsi Azərbaycandakı layihələrdən, ölkədəki bankların durumundan və manatın məzənnəsinə təsirlərdən danışıb. Həmin müsahibəni təqdim edirik.

- Yaxın zamanlarda Dünya Bankının Azərbaycanla bağlı yeni layihələri gözlənilirmi, varsa bunlar nələrdir?

- Hal-hazırda bizim Azərbaycanda 3 layihəmiz həyata keçirilməkdədir. Bunlardan 1-cisi məşğulluğun dəstəklənməsi layihəsidir. Bu layihənin əsas məqsədi xüsusi ilə də sosial cəhətdən həssas qruplara aid olan insanlara müəyyən əmək məğulluq vərdişləri, sonra isə fəaliyyətə başlamaq üçün onların alətlərlə, avadanlıqlarla təchiz edilməsidir. İkinci layihəmiz ədliyyə sektorunun müasirləşdirilməsi ilə bağlıdır. Burda da, layihənin məqsədi ədliyyə sisteminin rəqəmsallaşdırılması, elektron məhkəmələrin tətbiq olunması və insanların, vətəndaşların ədliyyə xidmətlərinə daha asan və əlçatanlığının təmin edilməsidir. Və hal-hazırda 1 milyona qədər insan bu yeni xidmətlərdən istifadə etmək imkanlarına malikdir. Üçüncü layihəmiz isə nisbətən yeni layihədir. Ötən ilin sonunda artıq bunun icrasına start verilmişdir. Bu da Salyan-Biləsuvar yolu, sözügedən rayonlar arasında yolun yenidən qurulmasınə özündə ehtiva edir. Həmçinin bu layihə yeni nəqliyyat əlaqəsinin təkmilləşdirilməsini nəzərdə tutub. Bu da həm infrastrukturun yaxşılaşdırılması, eyni zamanda, yol hərəkətinin təhlükəsizliyini təmin edilməsi, bu zaman yolun yeniden qurulması zamanı dəyişiklikləri ilə bağlı aspektlərdə nəzərə alınacaq və daha vacibi isə bu layihə həmçinin bu regionlarda biznesin, kapitallığın inkişafında, insanların müəyyən işgüzar fəaliyyətinə də yardım göstərəcək.

- Sözügedən yolun tikintisi hansı müddətə planlaşdırılır?

- Bu yolun inşası üçün Dünya Bankı 65 milyon dollar ayırıb, layihənin həyata keçirilməsi üçün bir sıra prosedurlar icra olunub. Tikinti mövsümü başlayan kimi yəqin ki, yaxın zamanlarda inşaat işlərinə də start veriləcəkdir. Hələ ki, başlamayıb, amma çox güman ki, 2 ya da 3 il ərzində tikinti həyata keçiriləcək.

- Dünya Bankı ümumiyyətlə layihələrə pul ayırdıqdan sonra bununla bağlı monitorinqlər aparırmı? Və monitorinqlər zamanı hər hansı neqativ halla rastlaşmısınızmı?

- Əlbəttə ki, biz maliyyəlşdirməni ayırırıq. Amma hesab edirik ki  maliyyələşdirmə bizim işimizin əsas hissəsi deyil. Və təbii ki, biz bu layihələrin, həm hazırlanmasında, həm də icrasında yaxından iştirak edirik. Bu müxtəlif üsullarla baş verir. Birincisi onu qeyd edim ki, Dünya Bankını xüsusi dəyərli edən onun qlobal təcrübəyə və qlobal biliklərə malik olmasıdır. Biz qobal miyasda öyrəndiyimiz təcrübəni ölkələrə tətbiq edə bilirik. Bu baxımdan biz hökumətin müvafiq qurumları ilə birlikdə layihələrin icrasına sıx nəzarət edirik. Bu məqsədlə bizim ildə bir neçə dəfə xüsusi nəzarət missiyalarımız, icraya dəstək missiyalarımız həyata keçirilir. Və biz hökumətin ekspertləri ilə birlikdə layihənin icra gedişini təhlil edir və məsləhətlərimizi veririk. İstənilən layihənin icrasında onun müəyyən adaptasiyaya, müəyyən uyğunlaşdırmaya ehtiyacı olur. Misal üçün son 2 ili götürsək Pandemiyaya görə müəyyən işlərin, layihələrin qurluşunda bəzi düzəlişlər edilməsinə ehtiyac olmuşdur. Məsələn, məşğulluq layihəsi çərçivəsində orda bir qismi təlimlərdir, yəni orada iştirak edəcək şəxslərin təlimidir. Bir qayda olaraq bu təlimlər üzbəüz olur. Amma yenə də pandemiya səbəbindən bu təlimləri onlayn formada keçirmək ehtiyacı yarandı. Azərbaycanda həyata keçirdiyimiz layihələrin qiymətləndirilməsi reytinqi hesablanır, verilir. Mən fəxrlə deyə bilərəm ki, hər bir layihə ümumən qənaətbəxş qiymətləndirilmişdir. Ciddi nöqsanlar, çatışmazlıqlar nəzərə çarpmamışdır. Amma xırda şeylərin olması təbiidir, bu da aradan qaldırlır, həll olunur.

- Uzun zamandır ki, Dünya Bankı Azərbaycanda stabil fəaliyyət göstərir. Bankın Azərbaycanda  genişlənmək və ya profilini daha da artırmaq planları varmı?

- Qeyd etmək istəyirəm ki, biz fəaliyyət göstərdiyimiz istənilən ölkədə məhz hökumətin müraciəti əsasında işləyirik. İstənilən layihənin hazırlanmasına başlanması, ona təşəbbüs hökumətlə birgə işin nəticəsidir. Və təbii ki, bu illər ərzində də bizim fəaliyyət istiqamətlərimizdə də müəyyən dəyişikliklər baş verə bilər. Tutaq ki, biz 30 il əvvəl tərəfdaşlığa başlayanda yəqin ki, çox az adam rəqəmsal inkişaf haqqında danışardı. Amma indi bu mövzu bizim müzakirələrimizin mərkəzində dayanan sahələrdən biridir. Biz bu ilin sonuna qədər Azərbaycanla birgə növbəti 5 il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək sənədi rəsmi Bakı ilə hazırlayacağıq. Mən əminəm ki, biz yenidən bu ilin sonunda görüşəriksə biz artıq daha dəqiq, daha təfərrüatlı şəkildə növbəti 5 ildə Azərbaycanda nə ilə məşğul olacağımızı deyə biləcəyik. Bu il Azərbaycanla tərəfdaşlığımızın 30 illiyini qeyd edirik. Və deyə bilərik ki, bu 30 il ərzində ölkə həyatındakı bütün sahələrdə olan layihələri dəstəkləmişik. Bu dəstək səhiyyədən, təhsildən tutmuş kənd təsərrüfatına, o cümlədən maliyyə, enerji sektoruna qədər sahələr əhatə olunub. Və biz gələcəyə doğru baxırıq. Bununla yanaşı hökümətin yeni təklifi ilə münasib hesab olunan istənilən istiqamətdə tərəfdaşlığımızı davam etdirməyə hazırıq.

- Bunu belə anlamaq olarmı ki, növbəti illərdə Dünya Bankı Azərbaycanla tərəfdaşlığını azaltmaq yox, istənilən halda genişləndirəcək?

- Əlbəttə, biz yəni istənilən halda biz ölkədəki mövcudluğumuzu kiçitlmək fikrində deyilik.

- Azərbaycandakı Bankların hazırki durumunu necə qiymətləndirirsiz və onlara hər hansı tövsiyyələr verilirmi?

- 2015-16 böhranından sonra biz bank sisteminin təkmilləşməsinin və güclənməsinin şahidi oluruq. Yəni bu özünü bir neçə istiqamətdə biruzə vermişdir. Zəif və həssas bankların aradan çıxması, bank sistemində aktivklərin keyfiyyətinin yaxşılaşması və həmçinin əmanətlərin dedollarlaziyalaşması prosesinin biz şahidi oluruq. Həmçinin bu ötən illər çərçivəsində hökumət tərəfindən maliyyə sektorunun sağlamlaşdırılması öhdəliyinin şahidi oluruq. Xüsusi ilə də bu özünü maliyyə sektoruna nəzarət sisteminin təkmilləşdirilməsində göstərir. Eyni zamanda tənzimləmə və nəzarət  çərçivələrinin təkmilləşməsi baş verməkdədir. Bank sisteminin sabitliyinin təmin edilməsinə diqqət artıb. Bununla bərabər əlbəttə müəyyən sahələr vardır ki, həmin sahələrə diqqətin ayrılması və ya çətinliklərin aradan qaldırılmasına ehtiyac var. Müəyyən banklar var ki, xarici valyuta riskləri, öhdəlikləri mövcuddur. Eyni zamanda bank sistemindən kənarda qlobal bazarda ki, velontellik müəyyən əlbəttə ki, diqqət tələb edən məsələlərdəndir.

- Cənubi Qafqaz ölkələri arasında hansı ölkənin Bank sektorunu daha mütərəqqi hesab edirsiz?

- Digər orta gəlirli ölkələrlə müqayisədə Azərbaycanın bank sektoru nisbətən kiçikdir. Əgər kreditlərin və ya depozitlərin ümumi daxili məhsula nisbətinə baxsaq eyni gəlirli ölkələrlə müqayisədə Azərbaycanda bank sektoru yuxarıda qeyd etdiyim ölkələrdəkindən kiçikdir. Yəni bu sahədə də müəyyən yer var, müəyyən potensial mövcuddur. Eyni zamanda biz maliyyə inkulizivliyi sahəsində də müzakirələr aparırıq, yəni daha çox  sektorlarından istifadəyə cəlb olunması istiqamətində danışıqlar aparırıq. Və bu sahədə bir neçə ildir, xüsusi ilə pandemiya dövründə hökumətin bu istiqamətdə öhdəliyinin şahidi oluruq. Və bu göstərir ki, insanların rəqəmsal xidmətdən istifadə etməsinin miqyası genişlənməkdədir. Hər bir ölkənin xüsusiyyətləri, onların iqtisadiyyatlarının xüsusiyyətləri fərqlidir. Buna uyğun olaraq onların maliyyə sektorunun və bank sisteminin də prioritetləri fərqlidir. Biz əlbəttə işlədiyimiz hər bir ölkədə bir neçə göstəricilər üzrə qiymətləndirmələr aparırıq, ölkələrə yardım göstəiririk. Bura yenə də bank sisteminin sabitliyi, maliyyə inkulizivliyi, maliyyvəsaitindən kreditlərə çıxış, aktivlərin keyfiyyəti, tənzimləmə fazası, bazarda rəqabət səviyyəsi və rəqəmsal texnoloji inkişafının tətbiqi daxildir. Hər bir ölkənin bank sektoruna uyğun olaraq bunlardan birinə daha çox diqqət yetirilir, digərləri isə ikinci plana keçir.

- Azərbaycanda məlumdur ki, hazırda 26 bank fəaliyyət göstərir. 10 milyonluq ölkə üçün bu qədər bankın olması sizcə kifayət edir ya azdır?

- Banklar haqqında danışarkən onların sayı o qədər də əhəmiyyətli deyil. Bankların cəlb etdiyi kreditlərin həcmi və depozitlər önəmlidir. Sistemin dərinliyi və onun əhatəliliyi baxımından Azərbaycan öz gəlir səviyyəsinə malik olan ölkələrdən bir qədər geri qalır.

- Ərzaqlar bahalaşır, manat zəifləyir. Bu durumda hökumətlə bu istiqamətdə hansısa işlər görülürmü?

- Birinci onu deyim ki, bütün dünyada biz bu gün ərzaqların qiymətinin artmasının və inflyasiyanın çoxalmasının şahidi oluruq. Bütün dünyada çalışan iqtisadçılarımız bu meylləri təhlil etməyə çalışırlar. Manat çox sabitdir, neft və qaz qiymətlərinin yüksək olduğunu nəzərə alaraq onun mübadiləsinə hər hansı təzyiqin olacağını güman etmirik. Əlbəttə, biz Mərkəzi Bankla sıx əməkdaşlıq edirik, yəni hər hansı sahədə dəstəyə ehtiyac olarsa biz tövsiyə verməyə hazırıq.

Müəllif: Elmir Murad