Dünya bazarlarında ərzaq qıtlığı uzun müddət davam edəcək - Deputat

11:19 - 15.03.2022


15 mart, Fineko/abc.az. "Dünya bazarına qiymət artımları ilə yanaşı, bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalına qadağan edib: "Bu arada Rusiya da bəzi ərzaq, o cümlədən taxil və şəkərim ixracatını payızadək dayandırıb. BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək”.

Bütün xəbərlər