15:51 - 15.03.2022
15 mart, Fineko/abc.az. Bakıda fəaliyyət göstərən “Dünyagöz” xəstəxanası icbari tibbi sığorta çərçivəsində bəzi tibbi xidmətlər üzrə vətəndaşlara pulsuz xidmət göstərəcək.
ABC.AZ xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, xəstəxana xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayıb.
Qeyd edək ki, vətəndaşlar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyərini müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyir.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024