Azərbaycan Parlamentinin plenar iclası başlandı

13:01 - 4.05.2018


4 may, Fineko/abc.az. Azərbaycan Parlamentinin (Milli Məclisinin) plenar iclası öz işinə başladı.

Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Mədəniyyət haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Mühasibat uçotu haqqında”, “Sosial sığorta haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələridir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-ci il üzrə hesabatının dinlənilməsi gözlənilir.

İkinci oxunuşda deputatlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini müzakirə edəcəklər.

 

 

Bütün xəbərlər