Azərbaycan Parlamenti İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatını dinlədi

15:36 - 4.05.2018


4 may, Fineko/abc.az. Azərbaycan Parlamenti (Milli Məclis) Daxili İşlər Nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazovun illik hesabatını qəbul etdi.

Vilayət Eyvazovun sözlərinə görə, 2017-ci ildə Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 142 fakt aşkarlanıb. Onlardan 6-sı məcburi əmək, 26-u isə sənədlərlə bağlı qanunsuz hərəkətlərdir. 17 nəfərdən ibarət 8 cinayətkar dəstə saxlanılıb. 66 nəfər qadın və 5 nəfər kişi olmaqla, ümumilikdə 70-dən çox insanın belə cinayətlərin qurbanı olduğu müəyyənləşib.

Vilayət Eyvazovun çıxışından sonra deputatlar Hesabatı müzakirə etdilər.

Müzakirədən sonra Hesabat səsverməyə qoyulmuş və qəbul edilmişdir.

 

Bütün xəbərlər