Azərbaycan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclasında təqdim edilib

15:40 - 19.10.2017


Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatında deyildiyi kimi, tədbirdə ADY-nın sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

İclasda aşağıdakı məsələlər müzakirə olunacaq: Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci ilin doqquz ayı əzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri haqqında; 2017-ci ilin may ayında keçirilmiş yük vaqonlarının və 2017-ci ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıya alınmasının ilkin nəticələri haqqında; 2017-ci ilin səkkiz ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar;  Müstəqil Dövlətlər Birliyinə üzv dövlətləri, Latviya, Litva və Estoniya Respublikaları dəmir yolu administrasiyaları arasında bağlanan Sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri haqqında; 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti haqqında; Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası haqqında; Dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta haqqında; 2018-ci ildə "Fəxri dəmiryolçu" döş nişanının bölgüsü haqqında və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Tədbirin sonunda yekun protokolu imzalanacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

Bütün xəbərlər