Avropa ölkələri uçot dərəcəsini tezliklə dəyişəcək - Deputatdan şərh

16:25 - 18.03.2022


18 mart, Fineko/abc.az. "ABŞ Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırmasından sonra digər aparıcı ölkələrdə də uçot stavkası dəyişdirilməkdir”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub: "O vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. ABŞ-dakı qərardan sonra İngiltərə Bankı da uçot dərəcəsinin 0.5 faizdən 0.75 faizədək artırıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsinin yayadək 8 faizədək yüksələcəyi gözlənilir. Avropa Mərkəzi Bankı uçot stavkasının artırılmasına tələsməsə belə, avrozonada aylıq inflyasiya səviyyəsi ötən ay 5.9 fazədək yüksəlib. Bununla belə, ekspertlər avrozonada da uçot dərəcəsinin tezliklə dəyişdiriləcəyini istisna etmirlər”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər