Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına təsirsiz ötüşməyib

16:39 - 18.03.2022


18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Vüqar Bayramov ABŞ və Avropada uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı şərh verib.

ABC.AZ-ın məlumatına görə, deputat qeyd edib ki, FED-in son qərarı dolların məzənnəsinin əksər səbət valyutalarına nisbətən yüksəldib:

"Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına da təsirsiz ötüşməyib. Görünən odur ki, 2022-ci il əskər ölkələr üçün inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq baxımdan heç də asan olmayacaq. Rusiya-Ukrayna müharibəsi hələ çox dəngələri dəyişəcək. Azərbaycan Mərkəzi Bankı ötən ilin avqust ayından etibarən uçot dərəcəsinin mərhələli artımını həyata keçirir. Sözügedən müddətdə uçot stavkası 6.5 faizdən 7.5 faizdək yüksəlib. Sonuncu dəfə dərəcə artımı bu il yanvarın 28-də qeydə alınıb. Bununla belə, Azərbaycan Mərkəzi Bankı Ukraynada müharibə başladıqdan sonra uçot dərəcəsini dəyişdirilməsi barədə qərar verməyib. Rublun kəskin ucuzlaşması, region ölkələrinin valyuta bazarında müşahidə edilən dalğalanmalar və eləcə də qlobal inflyasiya səviyyəsinin kəskin artdığı bir dövrdə Mərkəzi Bank tərəfindən də preventiv addımların gücləndirilməsi və xüsusən uçot dərəcəsi kimi alətlərdən daha intensiv istifadə edilməsi məqsədəuyğundur”.

 

Bütün xəbərlər