Özəl sektordan vergi daxilolmaları kəskin artıb- Kölgə iqtisadiyyatına son qoyulur?

15:48 - 30.03.2022


30 mart, Fineko/abc.az. 2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 44,9% artaraq 1 milyard 76,7 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi tviter hesabında yazıb.

Nazir qeyd edib ki, neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 milyon manata çatıb.


Bütün xəbərlər