Son sutkada yoluxanların sayı açıqlanıb - 2 nəfər ölüb

17:28 - 1.04.2022


1 aprel, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 791 979 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 nəfər vəfat edib. 347 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 339, bu günə qədər isə ümumilikdə 6 706 012 test icra olunub.