Faydalı qazıntı yataqları hərraca çıxarılacaq - Detallar

11:23 - 4.04.2022


4 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən mayın 4-də növbəti hərrac keçiriləcək.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən ABC.AZ-a verilən məlumata görə, Qaradağda yerləşən “Kotal” (7 ha), “Güzdək” (2,87 ha), “Karvansaray” (4,5 ha), “Sahil” (3,1 ha), Qəbələdə yerləşən “Dəmiraparançay” (2 ha) və “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 27 aprel 2022-ci il saat 16:00-a qədər Agentliyə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31) təqdim edə bilərlər.


Bütün xəbərlər