Yerli məhsullarımız “Amazon” və “eBay”da satışa çıxarılıb

15:52 - 4.04.2022


4 aprel, Fineko/abc.az. “ABAD” məhsulları Azexport.az portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub.

ABC.AZ xəbər verir ki, “ABAD” publik hüquqi şəxs və Azexport.az portalının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət platformalarında beynəlxalq alıcılara təqdim olunub.

Hazırda  “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub.

Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər