Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanvar-aprel aylarında dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait köçürüb

15:23 - 7.05.2018


7 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 1 027 581,9 min manat köçürülüb.

DGK-in məlumatında deyilir ki, yanvar ayında dövlət büdcəsinə Komitənin xətti ilə 226 088,3 min manat, fevral ayında 219 663,6 min manat, martda 281 238,10 min manat, apreldə 300 591,90 min manat köçürülüb.

“Gömrük rüsumları üzrə apreldə 71 139, 00 min manat, ƏDV üzrə 211 527,40 min manat, aksiz vergisinə görə 15 013,80 min manat, yol vergisi üzrə 2 911,70 min manat köçürülüb”, - məlumatda belə deyilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2 608 milyon manat köçürüb.

 

Bütün xəbərlər