Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlərin və araqların satışının qarşısını aldılar

15:52 - 7.05.2018


7 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə qanunsuz şəkildə gətirilən siqaret və araq partiyasını aşkar edib.

DGK-in məlumatında deyilir ki, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Renault Tondar 90" markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

“Küllli miqdarda aksiz markasız "Marlboro", "King" siqaretləri və " Nemiroff" araqları aşkar edilib”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər