"Kinder" məhsullarını bu ölkələrdən geri çağırdı

14:47 - 6.04.2022


6 aprel, Fineko/abc.az. Dünyaca məşhur "Kinder" şokaladları ətrafında qalmaqal səngimir.

ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlarda İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan məhsullarında salmonella olması ehtimalının olduğu bildirilib.

Şirkət bunu nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edilib.

Bütün xəbərlər