May ayında Bakıda bu sərgilər keçiriləcək

16:01 - 6.04.2022


6 aprel, Fineko/abc.az. May ayında Azərbaycanda yaz sərgi mövsümü öz işinə başlayır.

ABC.AZ-ın  məlumatına görə, builki yeniliklər ənənəvi Beynəlxalq “Kənd Təsərrüfatı” sərgisi çərçivəsində yeni Smart Agro istiqaməti, eləcə də sərgi portfoliosunda yeni ad – Bakı Enerji Həftəsi olacaq. Bütün tədbirlər Azərbaycanın dövlət strukturlarının rəsmi dəstəyi ilə keçiriləcək.

Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” Caspian Agro və 27-ci Azərbaycan Beynəlxalq “Qida Sənayesi” InterFood Azerbaijan sərgiləri keçiriləcək.

Bu il sərgidə iştirakçılar arasında Azərbaycan, Gürcüstan, İsrail, İspaniya, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə və Ukrayna şirkətləri var.  Sərgidə yüksək rütbəli qonaqların da iştirakı gözlənilir.

 

Bütün xəbərlər