Qubanın “Yeni Avtovağzal”ı adlanan ərazi satışa çıxarılıb?

17:08 - 6.04.2022


6 aprel, Fineko/abc.az. Qubanın “Yeni Avtovağzal” adlanan avtovağzalının ərazisi satışa çıxarılıb.

ABC.AZ xəbər verir ki, satışla bağlı elan sosial şəbəkələrdə paylaşılıb.

Paylaşımda göstərilib ki, təxmini ərazisi 1 hektar olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Elan sahibi Həmid Mirzəyev satış haqqında elanı özü verdiyini və satışa çıxarılan əmlakın qiymətinin 600 min manat olduğunu qeyd edib.O həmçinin əlavə edib ki, əmlakın sənədləri tam qaydasındadır: "Hazırda həmin ərazi avtovağzal üçün icarəyə verilib, ərazi satılan kimi avtovağzal oradan köçürüləcək".

Quba Avtovağzalının direktoru Fikrət Yunusov isə bildirib ki, avtovağzalın satılması ilə bağlı məsələ yoxdur və yayılan elan doğru deyil.

 

Bütün xəbərlər