KPMG Azərbaycan “Human Capital Forum 2018” forumunda

17:14 - 7.05.2018


4 may tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Hyatt Regency otelində “Human Capital Forum 2018” forumu keçirilib.

Forum çərçivəsində KPMG Rusiya şirkətinin Məsləhət xidmətləri üzrə mütəxəssisləri Oksana Şadrina və Marianna Danilina “Beynəlxalq təcrübə və xarici ekspertlərin innnovasiyalar üzrə fikirləri əsasında insan resurslarında innovasiyalar” mövzusunda, Svetlana Tkaç isə “Rəqəmsal İR / İR proseslərinin avtomatlaşdırılması imkanları” mövzusunda təqdimatla çıxış edərək, İR prosesləri və prosedurlarında robotlaşmanın artması məsələsinə toxunublar.

Forumun məqsədi insan resursları sahəsində innovasiyalara dəstək üçün işçilərin həvəsləndirilməsi üzrə təcrübələri bölüşmək və beynəlxalq arenadakı tendensiyaların Azərbaycanda tətbiqi imkanlarını müzakirə etməkdən ibarət olub.

Forumda iqtisadiyyatın bütün sektorlarını təmsil edən müxtəlif şirkətlərin nümayəndələri çıxışlar edib, rəsmi proqramdan sonra isə fəal sual-cavab sessiyası keçirilib.

 

Bütün xəbərlər