ABŞ Rusiyanın bu iş adamlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi - SİYAHI

08.04.2022,11:39


8 aprel, Fineko/abc.az. Rusiya-Ukrayna krizi davam etdiyi vaxtda Qərb də Moskvaya qarşı sanksiyaları genişləndirir.

ABC.AZ-ın məlumatına görə, ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalar siyahısını yeniləyib.

Budəfəki siyahıya səkkiz rusiyalı və Rusiya Federasiyasından 29 təşkilat daxildir.

Belə ki, USC-nin baş direktoru Aleksey Raxmanov, “Rosmorrechflot”un rəhbəri Andrey Lavrişşov, “Qazprom” idarə heyətinin sədr müavini Vitali Markelov, USC-nin direktorlar şurasının sədri Georgi Poltavçenko, Hərbi Sənaye Komissiyasının idarə heyətinin üzvü və Rusiya hökuməti yanında Dəniz Qüvvələri Şurasının üzvü Vladimir Pospelov, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev, Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov və “Rosneft”in informasiyalaşdırma, innovasiya və lokallaşdırma üzrə vitse-prezidenti Andrey Şişkinə qarşı sanksiya tətbiq edilib. Sanksiyaya məruz qalan şirkətlərin siyahısına “Almaz” dizayn bürosu, “Baltiyski Zavod”, “Nevskoye” PKB, “Admiralteyskie verfi”, “Kronstadtskiy Morskoy zavod” və digərləri daxildir.

Müəllif: Elmir Murad