Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə ayrılmış mənzillər özəlləşdiriləcək

15:15 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayib.

ABC.AZ xəbər verir ki, Fərmana Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcək.

Bütün xəbərlər