Almaniyadan şirkətlərə 100 milyard avro kredit təsdiqi

17:03 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Almaniyada hökumət Ukraynadakı müharibədən mənfi təsirlənən şirkətlər üçün 100 milyard avro (109 milyard dollar) maliyyə dəstəyi paketini təsdiqləyib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Almaniya hökuməti Ukrayna müharibəsi və tətbiq edilən sanksiyaların şirkətlərə vurduğu zərərin ödənilməsi və iqtisadiyyatın dəstəklənməsi üçün addımlar atır.

Maliyyə naziri Kristian Lindner və İqtisadiyyat naziri Robert Habek Berlində bildiriblər ki, kreditlər dövlət inkişaf bankı KfW tərəfindən veriləcək.

Nazirlər həmçinin likvidlik problemi yaşayan şirkətlər üçün 7 milyard avroya qədər ayrı bir kredit proqramı üzərində razılaşdıqlarını açıqladılar.

Bütün xəbərlər