AMEA-da bəzi şöbələrin adı dəyişdirildi

11:01 - 11.04.2022


11 aprel, Fineko/abc.az. AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.

Bu barədə ABC.AZ-a AMEA-dan daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər