“eBay” da Rusiyaya qarşı çıxdı - Mal göndərişini dayandırdılar

10:12 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Bildiyiniz kimi daha bir neçə şirkət Rusiyaya qarşı sanksiyalara qoşulub.

ABC.AZ-ın məlumatına görə, bunların arasında “eBay” kimi məşhur şirkət də var.

“Rusiya Federasiyasının rəqəmsal blokadası davam edir. Söhbət texnologiya şirkətlərindən və onların Rusiyaya qarşı sanksiyalarından gedir.

Beləliklə, “eBay” Rusiyaya göndərişi dayandırdı. Onlayn auksionlar və onlayn mağazalar sahələrində xidmət göstərən ABŞ şirkəti rusiyalı alıcılara malların çatdırılmasını dayandırıb” deyə Rusiya hökumətinə yaxın mənbələr bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər