Qida zəncirinin bütün sahələrində nəzarət həyata keçiriləcək

14:47 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Milli Məclisdə “Qida Təhlükəsizliyi” haqqında qanun müzakirə edilib.

ABC.AZ-ın məlumatına görə, müzakirələrə qoşulan AQTA sədri Qoşaq Təhməzli qida təhlükəsizliyi sahəsində qida zəncirinin bütün sahələrində nəzarətin həyata keçiriləcəyini açıqlayıb.

Agentlik sədri vurğulayıb ki, təhlükəli qidaların izlənməsi də bu qanunda əks olunub: “Qanun qəbul olunduqdan sonra müvafiq qaydalarla təhlükəli qidaların ilkin mənbəyi aşkarlanacaq”.

AQTA sədri qeyd edib ki, yeni qanuna əsasən təhlükəli qidalara dair reyestr yaradılacaq: “Bu reyestr vətəndaşlar üçün də açıq olacaq. İstənilən vətəndaş reyestra daxil olaraq təhlükəli qidaların siyahısı ilə tanış ola biləcək”.

Qoşqar Təhməzli əlavə edib ki, “Qida Təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsi ilə Agentliyə heç bir yeni səlahiyyət verilmir.

 

Bütün xəbərlər