İctimai iaşə üzrə göstərilmiş xidmətlərin qiymətlərində artım baş verib

16:13 - 12.04.2022


12 aprel, Fineko/abc.az. 2022-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.8 faiz, əvvəlki ilin mart ayına nisbətən 110 faiz təşkil edib.

ABC.AZ-ın məlumatına görə, cari ilin mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma hava nəqliyyatı ilə beynəlxalq və dəmir yolu nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma, ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bütün xəbərlər