13.04.2022,11:22
13 aprel, Fineko/abc.az. Hazırda əmlak bazarında əhəmiyyətli qiymət artımı var. Nəzərə alsaq ki, tikinti materialları tikintinin maya dəyərinin 45%-ni təşkil edir. Aparılmış hesabatlara görə, tikinti materiallarının qiymət artımı yeni inşa olunacaq binaların layihəsindən və tikinti ərazisindən asılı olaraq qiymətlərə 7-14 faiz səviyyəsində təsir göstərir.
ABC.AZ xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Ekspert son günlər tikinti materiallarının qiymətlərinin artdığını diqqətə çatdırıb: “Ötən ilə nisbətən tikinti materialları bazarında 19,6% qiymət artımı müşahidə edilir. Qiymət artımı bütün tikinti materiallarında özünü göstərir. Yerli istehsal olan mişar daşı 9.1%, sement 9%, taxta materialları 27%, dikt 54.8%, armatur 20.8% bahalaşıb. Digər məhsullarda da bahalaşma müşahidə edilir. Bundan əlavə, dəmir məmulatlarının qiyməti 34.6%, dam örtüklərinin qiyməti isə isə 19.2% artıb.
Tikinti materiallarının qiymətinin artması satış qiymətlərinə 7-11 faiz aralığında təsir edəcək. Təbii ki, bahalaşma alqı-satqıların sayının azalmasına gətirib çıxaracaq. Həm istehlak məhsullarında, həm istehsal məhsullarında və digər sahələrdə qiymətlərin artması insanların xərclərini tənzimləməsinə gətirib çıxaracaq”.
27 May 2022 | 17:11
27 May 2022 | 16:58
27 May 2022 | 16:55
27 May 2022 | 16:40
27 May 2022 | 16:25
27 May 2022 | 15:57
27 May 2022 | 15:53
27 May 2022 | 15:43
27 May 2022 | 15:33
27 May 2022 | 15:06
27 May 2022 | 14:54
27 May 2022 | 14:50
27 May 2022 | 14:30
27 May 2022 | 14:54
27 May 2022 | 15:57
27 May 2022 | 15:33
27 May 2022 | 15:53
27 May 2022 | 15:06
27 May 2022 | 16:25
27 May 2022 | 15:43
27 May 2022 | 17:11
27 May 2022 | 16:40