Məktəblərdə "Son Zəng" keçiriləcəkmi? - Nazirdən açıqlama

11:49 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Təhsil naziri Emin Əmrullayev bu tədris ilinin sonu üçün məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi barədə danışıb.

ABC.AZ-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə danışmaq tezdir.

O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var:

"Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir".

Bütün xəbərlər