Dünya Bankı Azərbaycana verəcəyi kreditlərə güzəşt edəcək

14:54 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bildirilir ki, Dünya Bankı münaqişələrin təsirinə məruz qalmış ölkələr üçün xüsusi kredit şərtləri tətbiq edir.

Azərbaycan da 2020-ci ilin noyabrında Vətən müharibəsində qazandığı qələbədən sonra Dünya Bankı ölkəmizlə bağlı analoji qərar qəbul edib.

Azərbaycanın bu siyahıya daxil edilməsinin səbəbi münaqişənin birbaşa təsiri nəticəsində insan itkilərinin əhalinin ümumi sayına nisbətinin müəyyənləşdirilmiş həddi ötməsi olmuşdur. Bu güzəşt 2023-cü ilin iyunun 30-dək olan dövrü qüvvədə qalacaq.

Bütün xəbərlər