Azərbaycana yanvar-fevral aylarında ən çox bu ölkədən vaksin gətirilib

17:04 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən dəyəri 33,695 mln. ABŞ dolları (57,282 mln. manat) olan 6,37 ton insanlar üçün vaksinlər idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən vaksinlərin dəyəri 4,1 dəfə, həcmi isə 47,1 dəfədən çox artıb.

Həcm ifadəsində ölkəyə ən çox vaksin Belçikadan gətirilib. Sözügedən ölkə Azərbaycana yanvar-fevralda 6,620 mln. dollarlıq (11,254 mln. manat) vaksin ixrac edib.

Dəyər ifadəsində isə Azərbaycana vaksinlərin əsas tədarükçüsü Çin olub. Hesabat dövründə Çindən Azərbaycana 22,001 mln. dollarlıq (37,403 mln. manat) 1,12 ton insanlar üçün vaksinlər idxal olunub.