Bu Avropa ölkəsi 500-600 milyon avroluq aktivlərini dondurub

14.04.2022,12:07


14 aprel, Fineko/abc.az. Rusiyanın Niderland Rusiyanın 500-600 milyon avroluq aktivlərini dondurub.

ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiyaya qarşı sanksiyaların tətbiqi üzrə koordinator Stef Blok bildirib.

Blok vurğulayıb ki, ölkənin hüquq-mühafizə orqanları Niderlandda aktivləri dondurula bilən başqa şirkətlərin və ya Rusiya vətəndaşlarının olub-olmamasını yoxlamaqda davam edir.

Bundan əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov hesab edirdi ki, Qərb ölkələri anti-Rusiya sanksiyaları çərçivəsində Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısını və ya 300 milyard dollarını dondurub.