Azərbaycanda ən çox satılan mobil telefon markaları - Siyahı

17:03 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2022-ci ilin yanvar-fevral aylarında ölkəmizə 232.1 min telefon idxal edilib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 22% azalma deməkdir.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə idxal olunmuş mobil telefonların 128.4 mini ($25.98 mln) Çindən, 29min ədədi ($6.4 mln)  Hindistandan və 74.3 min ədədi ($12.8 mln) Vyetanamdandır.

Global Stats-ın məlumatına görə, Azərbaycanda satılan mobil telefonların 39%-i Samsung, 15%-i (öncəki il: 12%) Apple və 14%-i (5.72%) isə Çinin Xiaoumi markasıdır.

Bütün xəbərlər