Ölkədə nə qədər yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb?

17:16 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Bu günə qədər Azərbaycanda 58 095 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatında deyilir.

Məlumata görə, bu ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 % çoxdur.

Qeyd edək ki, vergi ödəyicilərin yeni kassa aparatları ilə təmin edilməsi 2019-cu ilin 2-ci rübündən etibarən mərhələli şəkildə həyata keçirilir.

Bütün xəbərlər