Qarabağ atları satışa çıxarıldı - 7500 manatdan alıcısını tapdı

14:05 - 15.04.2022


15 aprel, Fineko/abc.az. Bir müddət əvvəl Qarabağ atlarının auksionunun keçiriləcəyi ilə bağlı məlumat vermişdik.

ABC.AZ-ın məlumatına görə, bu gün Qobustan Heyvandarlıq Nümayişi Kompleksində hərrac keçirilib. Auksiona ilkin olaraq 3 at çıxarılıb.

Bunlar Qarabağ cinsinə məxsus “Sahil”, “Zilaxar” və “Sultan” atları olub. Atlardan ikisi - “Sahil” və “Zilaxar” auksionda satılıb. İlkin qiyməti 5000 manat olan “Sahil” atı 5500 manatla yeni sahibini tapıb. Onu Habil İbrahimov adlı sahibkar alıb. “Zilaxar” isə 7000 manatla auksiona çıxarılıb.

Orxan Qaraxanbəyov adlı sahibkar 7500 manatla ata sahib olub.


Bütün xəbərlər