Ötən 2 ayda Azərbaycana 150,6 min ton buğda idxal edilib

17:32 - 15.04.2022


15 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 150,6 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 6,8 dəfə çoxdur.

ABC.AZ İnterfax-a istinadn xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $51 milyon 953,3 min (artım 9,2 dəfə) təşkil edib.

Hesabat dövründə Azərbaycana $23 milyon 657 min dəyərində (artım 1,7 dəfə) 44,302 min ton şəkər xammalı və şəkər (artım 34,5%), $43 milyon 914,3 min dəyərində (artım 2,1 dəfə) 28,747 min ton bitki yağı (artım 1,8 dəfə), $8 milyon 378,3 min dəyərində (artım 15%) 1,745 min ton çay (azalma 9,1%), $14 milyon 723,3 min dəyərində (artım 60%) 2,726 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 40,7%) idxal edilib. Ötən il respublikaya $3 milyon 427,8 min dəyərində (azalma 27,8%) 759,3 min ton iribuynuzlu heyvan əti (azalma 44%), $7 milyon 488,4 min dəyərində (artım 1,8 dəfə) 5,635 min ton quş əti və quş əti məhsulları (artım 48,5%) idxal edilib.

Bütün xəbərlər