ABB tərəfdaşları ilə daha bir təhsil proqramına başladı

09:31 - 18.04.2022


18 aprel, Fineko/abc.az. ABB-nin yaratdığı ABB Tech Akademiyası yeni qəbul proqramlarını elan edib.  Bu proqramlar “Məhsul sahibliyi”, “IT Biznes Analitik” və “Backend proqramlaşdırma (JAVA)” istiqamətlərindədir.

Proqramlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bp şirkəti və onun tərəfdaşları da dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə təqaüd qazanmaq imkanı yaradılır.

İndiyə qədər ABB Tech Akademiyasını 13 istiqamət üzrə 300-dən çox məzun bitirib. Məzunların təxminən 75%-i ABB-də və ölkənin digər aparıcı şirkətlərində işlə təmin olunub. Burada tədrisi beynəlxalq dərəcəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarının təkmilləşdirilməsinə də kömək göstərir. Yeni proqramlara buradan müraciət etmək olar.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bütün xəbərlər